Vaşinqtonda da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)


Digərləri 13 Dek 2019 09:20:00 108 0

Vaşinqtonda da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

ABŞ paytaxtı Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.

Bakı. ABŞ paytaxtı Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Trend-in məlumatına görə, Azərbaycanın ABŞ-dakı Səfirliyində təşkil olunmuş anım günündə yerli ictimaiyyət nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz, səfirliyin əməkdaşları iştirak edib. Tədbirdə çıxış edən səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında əvəzedilməz rolu və misilsiz xidmətlərindən söhbət açıb. O, Heydər Əliyevin şəxsi fədakarlığı, uzaqgörənliyi, qətiyyəti, müdrikliyi və xüsusi bacarıqları sayəsində ölkəmizi inkişaf yoluna gətirdiyini xatırladıb. Diplomatik sahədə Ümummilli Liderin çoxsaylı uğurlarından danışan səfir onun şəxsiyyətinin çapı və müdrikliyi sayəsində Azərbaycan liderinin digər dünya liderləri ilə bərabər səviyyəli tərəf müqabilləri kimi işbirliyi gördüyünü və bunun da Azərbaycanın dünyada mövqeyinin güclənməsinə səbəb olduğunu bildirib. Səfir Heydər Əliyevin ABŞ-a səfərlərini və keçirtdiyi yüksək səviyyəli görüşlərini xatırladıb. Daha sonra tədbirə qatılan qonaqlar dahi şəxsiyyət barəsində fikirlərini bölüşüblər.