Kefaloniyada qədim Roma gəmisi aşkar edilib FOTO


Digərləri 13 Dek 2019 07:14:00 143 0

Kefaloniyada qədim Roma gəmisi aşkar edilib  FOTO

Yunanıstanın Kefaloniya adasında Fiskardo limanı yaxınlığında eramızın birinci minilliyinə aid olan Roma gəmisi aşkar edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gəmidə 6 min amfora tapılıb. Gəminin hissələri dənizdə batıb. Arxeoloqların məlumatına əsasən, Fiskardo limanı yaxınlığında tapılan gəmilər arasında bu gəmi ən böyüyüdür və limanın qədim zamanlardan əhəmiyyətini təsdiq edir.