Adobe minlərlə istifadəçinin hesabını ləğv etdi


Digərləri 12 Dek 2019 23:45:00 176 0

Adobe minlərlə istifadəçinin hesabını ləğv etdi

Ölkələr arasındakı iqtisadi müharibələr İT sektoruna da yayılıb. Son dövrlərdə Adobe  İrandan hesab açan bir istifadəçinin hesabını bağlamışdı, bu dəfə Adobe, Venesuela istifadəçilərinin hesablarını ləğv edib.

Son.az techland.az-a istinadən bildirir ki, Huawei firması ilə olan problemləri üçün ARM, Google kimi şirkətlərin sanksiyalar icra etməsi üçün rəhbərlik Adobe ilə əlaqə yaradıb. Adobe, Trumpın tələbi ilə Venesueladakı istifadəçilərin hesablarını ləğv edib.

Şirkət ABŞ-ın fərmanı ilə bağlı yazılmış bir məktubu paylaşıb. 13884 saylı fərmana əsasən, ABŞ şirkətlərinin hamısının Venesueladakı hesabları ləğv olunub, şirkətin bu səbəbdən hesabları birtərəfli qaydada dayandırdığını açıqlayıb.