Snapdragon 865 prosessorlu ilk smartfon test edildi


Digərləri 12 Dek 2019 23:50:00 162 0

Snapdragon 865 prosessorlu ilk smartfon test edildi

Yeni flaqman prosessor modeli olan Snapdragon 865 ilə birlikdə Qualcomm şirkəti bu prosessor vasitəsilə çalışan test məqsədli smartfonu da təqdim etmişdi. Mrwhosetheboss adlı Youtube kanalının müəllifi olan Arun Maini isə həmin smartfonu əldə edərək onu test etməyi bacarıb. Bu barədə 4pda saytı xəbər verib. Qualcomm tərəfindən təqdim edilmiş smartfon satış üçün nəzərdə tutulmayıb və tam yekun dizayna sahib deyil.

Son.az technote.az-a istinadən bildirir ki, onun arxa panelində şəbəkə antenlərini görmək olar. Lakin buna baxmayaraq videobloqqer həmin smartfonda olan Snapdragon 865 platformasını test etməyi bacarıb. Test çərçivəsində o, həmin prosessor üçün nəzərdə tutulmuş oyunları oynayıb, yüksək keyfiyyətli videolar çəkib və prosessorun ümumi performansını yoxlayıb. Test nəticələrinin əsas hissəsi aşağıdakı kimidir.

- Əvvəlki prosessorlarda olmayan qrafik effektlərin yeni prosessora inteqrasiya edilməsi

- Google Play vasitəsilə qrafik drayverlərin yenilənməsi

- Saniyədə 120 kadr sürətlə 4K videoların çəkilməsi

- Saniyədə 30 kadr sürətlə 8K videoların çəkilməsi

- Saniyədə 960 kadr sürətlə slow-mo videoların çəkilməsi

- 200 MP keyfiyyətli fotoların yaradılması

- Hər bir rejim üçün mümkün olan maksimal keyfiyyətli foto və videoların eyni anda çəkilməsi

- Video çəkilişi zamanı müxtəlif obyektivlər arasında keçid və hamar zoom özəlliyi