TAP layihəsinin 90,7 faizi reallaşdırılıb


Digərləri 12 Dek 2019 22:00:00 133 0

TAP layihəsinin 90,7 faizi reallaşdırılıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 90,7 faizi başa çatıb

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 90,7 faizi başa çatıb. Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikintisi mərhələsi ilə davam etdirilir: “Hər gün TAP marşrutu boyunca yüzlərlə metr ərazi təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir. İşlər qrafikə uyğun davam etdirilir. Noyabrın sonuna olan vəziyyətə görə, layihənin 90,7 faizi başa çatıb”.