Goranboyda məktəblini maşın vurub


Digərləri 12 Dek 2019 19:54:00 132 0

Goranboyda məktəblini maşın vurub

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, Bakı-Qazax yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində məktəblini "Hyundai" markalı avtomobil vurub.

Ağır xəsarət alan məktəbli rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Fakt araşdırılır.

Son.az