Yeni radio kanalının açılması ilə bağlı müsabiqə başa çatıb


Digərləri 12 Dek 2019 18:25:00 118 0

Yeni radio kanalının açılması ilə bağlı müsabiqə başa çatıb

Ümumrespublika radio kanalının açılması üçün Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə başa çatıb.

Bakı. Ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə Milli Televiziya və Radio Şurasının 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan olunmuş müsabiqə başa çatıb. Şuradan Trend-ə verilən məlumata görə, müsabiqə çərçivəsində 5 iddiaçı Şuraya sənədlərini təqdim edib: “Real Təhlil və İnformasiya Mərkəzi” MMC “TV Media Azerbaijan” MMC “Balans Studiyası” MMC “İNS ÇM” MMC “OMD Azerbaijan” MMC