Həyat yoldaşının avtomobilini YANDIRDI:


Dünya 12 Dek 2019 17:34:00 169 0

Həyat yoldaşının avtomobilini YANDIRDI:

Türkiyənin Samsun şəhərində bir kişi həyat yoldaşı M.K-nın satmağına razı olmadığı avtomobilini qaçıraraq benzin töküb, yandırıb.

Son.az Sözcü-yə istinadən xəbər verir ki, qəzəbli H.K yanan maşının videosunu çəkərək WhatsApp-la həyat yoldaşına göndərib. Yanğınsöndürənlər maşını söndürüblər.

Avtomobilinin yandığı yerə gələn Hatun K. isə baş verənlərə ağlayaraq reaksiya verib. Ərinin 3 aydır onu döydüyünü iddia edən Hatun K "Maşınımı satmağımı istədi. Məni ölümlə təhdid etdi. Tutulub cəzalandırılmasını istəyirəm" deyib.

Qeyd edək ki, qadın həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edibmiş.