ABŞ qadağan olunmuş “İskəndər”in analoqunu sınaqdan keçirdi


Dünya 12 Dek 2019 11:04:00 189 0

ABŞ qadağan olunmuş “İskəndər”in analoqunu sınaqdan keçirdi

Nyu-Mexikoda "Ağ qum" təlim poliqonunda  ABŞ ordusu üçün yeni "Precision Strike" (PrSM) "Yer-Yer" raketinin ilk sınaq uçuşları keçirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Lockheed Martin" şirkəti xəbər yayıb.

Silah ABŞ tərəfinin "Qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilə" ilə qadağan olunmuş saydıqları Rusiyanın "İskəndər" kompleksinin analoqudur.

ABŞ korporasiyası qeyd edib ki, buraxılış "High Mobility Artillery Rocket System" (HIMARS) qurğusu ilə 240 kilometr məsafə üçün keçirilib. Testlər zamanı, xüsusən uçuş yolu və hədəfə vurulma dəqiqliyi izlənilib.