“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb - Xoşbəxt Yusifzadə


Digərləri 12 Dek 2019 11:01:00 169 0

“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb - Xoşbəxt Yusifzadə

Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından indiyədək 498 milyon ton neft çıxarılıb.

Bakı. Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından indiyədək 498 milyon ton neft çıxarılıb. Trend-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. SOCAR rəsmisi qeyd edib ki, hazırda respublikada neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqları hesabına əldə olunur. Bu yataqların dərinsulu hissəsində 124 hasilat quyusundan gündəlik 70 min ton neft və 36 milyon kubmetr qaz hasil edilir. İşlənmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli” yataqlarından 498 milyon ton neft və 164 milyard kubmetr qaz hasil olunub. X.Yusifzadə, həmçinin deyib ki, bu il dekabrın 1-dək Azərbaycan Xəzərdəki “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 291 milyon ton mənfəət nefti əldə edib.