Rusiyada Zelenskinin çəkildiyi serialın efir yayımı dayandırıldı


Digərləri 12 Dek 2019 08:38:00 121 0

Rusiyada Zelenskinin çəkildiyi serialın efir yayımı dayandırıldı

Rusiyanın "TNT" telekanalı Ukrayna Prezidenti Vladimir Zelenskinin baş rolda çəkildiyi "Xalqın xidmətçisi" serialının yayımını dayandırıb. Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti xəbər verib.

"TNT"nin nümayəndəsi açıqlamasında bildirib ki, telekanal serialı tam göstərməyi planlaşdırmırdı. "Əvvəldən birinci mövsümün bütövlükdə yalnız PREMIER platformasında göstərilməsi nəzərdə tutulurdu", - nəşrin həmsöhbəti aydınlıq gətirib. O, "Xalqın xidmətçi"sinin gündəlik anonslarını platformanın tanıtımı məqsədi ilə aparılan marketinq addımı adlandırıb.  

Qeyd edək ki, serialın ilk üç seriyası dekabrın 11-də nümayiş olunub.