Britaniyada parlament seçkiləri keçiriləcək


Dünya 12 Dek 2019 03:51:57 106 0

Britaniyada parlament seçkiləri keçiriləcək

​Britaniyada parlament seçkiləri keçiriləcək

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.

“Report” xəbər verir ki, səsvermələr yerli vaxtla səhər saat 07:00-dan (Bakı vaxtı ilə saat 11:00) saat 22:00-a (saat 02:00) qədər davam edəcək.

Səsvermənin nəticəsinə əsasən Britaniya parlamentinin İcmalar Palatasının yeni tərkibi seçiləcək. Səs çoxluğu qazanan partiya hökuməti formalaşdırmaq və krallıqla Avropa Birliyinin münasibətlərinin hansı ssenari üzrə inkişaf edəcəyini müəyyən etmək hüququ qazanacaq.

“YouGov” sosioloji şirkətinin son ictimai rəy sorğusuna əsasən hakim Mühafizəkarlar Partiyasının iqtidarda qalmaq şansı yüksək qiymətləndirilir.