FED 2019-cu ildə ÜDM artım proqnozunu 2.2% səviyyəsində saxlayıb


Digərləri 12 Dek 2019 01:24:42 120 0

FED 2019-cu ildə ÜDM artım proqnozunu 2.2% səviyyəsində saxlayıb

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED), ABŞ-ın ÜDM-in artım proqnozunu 2019-cu ildə 2,2%, 2020-ci ildə isə 2% səviyyəsində saxlayıb

Bakı. Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED), ABŞ-ın ÜDM-in artım proqnozunu 2019-cu ildə 2,2%, 2020-ci ildə isə 2% səviyyəsində saxlayıb. Trend-in məlumatına görə, bu barədə nizamlayıcının saytında bildirilir. 2021 və 2022-ci illər üçün ÜDM proqnozları da müvafiq olaraq 1,9% və 1.8% səviyyələrində saxlanılıb. Nizamlayici həmçinin 2019-cu ildə baza inflyasiyasının proqnozunu 1,5%, 2020 və 2021-ci illərdə - müvafiq olaraq 1.9% və 2% səviyyələrində saxlayıb. 2022-ci ildə Fed baza inflyasiyasını 2% səviyyəsində gözləyir.