NASA Aya kosmik gəmini buraxacaq ağır raketlərin 1,6 milyard dollara başa gələcəyini açıqlayıb


Digərləri 11 Dek 2019 23:25:00 113 0

NASA Aya kosmik gəmini buraxacaq ağır raketlərin 1,6 milyard dollara başa gələcəyini açıqlayıb

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Aya kosmik gəmini buraxacaq "Space Launch System" (SLS) ağır raketlərinin hər birinin 1,6 milyard dollara başa gələcəyini açıqlayıb. Agentliyin rəhbəri Cim Braydenstayn bəyan edib ki, NASA-ın öz məkanında yığılacaq cəmi bir raketə 800 milyon, "Boeing" şirkətinə veriləcək sifarişə isə 1,6 milyard dollar xərclənə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, SLS sisteminə daxil olan raketlər "United Launch Alliance" (ULA) şirkətinin "Delta IV" raketdaşıyıcısından və "SpaceX"in istehsal etdiyi "Falcon Heavy"dən daha bahalıdır. Belə ki, "Delta IV" raketdaşıyıcısı cəmi 300 milyon, "Falcon Heavy" isə daha az - 90 milyon dollara başa gəlir. Qiymətin bahalı olmasına rəğmən Braydenstayn SLS sistemi raketlərinə üstünlük verir. Çünki onlar çəki qüvvəsi və gücünə görə daha üstündür, habelə təkcə yüklərin deyil, həm də astronavtların daşınması baxımından standartlara uyğundur.

NASA-nın rəhbəri deyib: "Bəli, SLS sistemi raketlərinin hazırlanmasına çox vaxt sərf olunub və Amerikanın vergi ödəyiciləri bu layihəyə daha çox pul xərcləyiblər. Lakin bu, ABŞ-ın kosmosda lider mövqeyinin təmin edilməsi üçün əsas məsələdir. Biz məhz bunu etməyə çalışırıq".