İran Fransa vətəndaşlarını azad etmək niyyətində deyil


Dünya 11 Dek 2019 20:42:00 124 0

İran Fransa vətəndaşlarını azad etmək niyyətində deyil

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Fransa prezidenti Emanuel Makronun ötən gün səsləndirdiyi bu tələbin qəbuledilməz olduğunu bildirib.

İran hökuməti saxladıqları Fransa vətəndaşlarını azad etmək niyyətində deyil.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Fransa prezidenti Emanuel Makronun ötən gün səsləndirdiyi bu tələbin qəbuledilməz olduğunu bildirib.

“İranın suveren ölkə olduğunu fransızlar unutmasınlar. Nə hökumətimiz, nə də məhkəmələrimiz kimdənsə məsləhət almır. Daxili işlərimizə müdaxilələr bizim üçün yolverilməz sayılır”, - A.Musəvi deyib.

Xatırladaq ki, “Science Po” Siyasi Araşdırmalar İnstitutunun əməkdaşları - Fransa vətəndaşı Roland Marşal və Fransa və İran vətəndaşıFəribə Adilxah ölkənin milli təhlükəsizliyinə xələl gətirməkdəittiham edilərək müvafiq olaraq bu ilin iyul vəoktyabr aylarında həbs edilmişdilər. Bunu “yolverilməz vəziyyət” kimi dəyərləndirən Fransa Xarici İşlər Nazirliyi qarşı tərəfi dəfələrlə həmin şəxsləri azad etməyə çağırıb.