Türkiyə XİN: Aİ ikili standartların tətbiqini dayandırmalıdır


Dünya 11 Dek 2019 19:44:00 124 0

Türkiyə XİN: Aİ ikili standartların tətbiqini dayandırmalıdır

"Avropa İttifaqı (Aİ) Ankaraya münasibətdə ikili standartların tətbiqini dayandırmalıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Aİ-nin Türkiyə ilə Liviya arasında imzalanan sazişlə bağlı narazılığını şərh edərkən deyib.

Nazir bildirib ki, Türkiyə və Aİ əməkdaşlıq etməli və münasibətləri möhkəmləndirməlidir:

"Türkiyə, əvvəllər olduğu kimi, problemlərin dialoq yolu ilə həllinin tərəfdarıdır".