Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı


Digərləri 11 Dek 2019 19:04:00 149 0

Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı

Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb.

Son.az medicina.az-a istinadən bildirir ki, bununla bağlı Danimarkanın Lundbek Fondunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, fond tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon Danimarka kronu (30 milyon avrodan çox) məbləğində mükafatla təltif edilib. Onlardan biri də Danimarkada yaşayan azərbaycanlı həkim M.Aşinadır.