Sanksiya olsa, İncirlik və Kürəcik bazaları gündəmə gələcək


Dünya 11 Dek 2019 17:49:00 149 0

Sanksiya olsa, İncirlik və Kürəcik bazaları gündəmə gələcək

Əgər Vaşinqton Rusiya istehsalı "S-400" komplekslərinin alışına görə Ankaraya sanksiya tətbiq etsə, Türkiyə cavab tədbirləri görəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Biz ən pis ssenarini qiymətləndirib qərar qəbul edəcəyik. Əgər ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, o zaman İncirlik və Kürəcik bazaları məsələsi gündəmə gələ bilər", - Çavuşoğlu bildirib.

Çavuşoğlu bununla yanaşı bildirib ki, Türkiyə ABŞ-ın təyyarələrin çatdırılmasından imtina edəcəyi halda rus qırıcılarına F-35-lərin alternativi kimi baxır.