Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO)


Digərləri 11 Dek 2019 14:00:00 122 0

Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO)

Yaşı 15-ə qədər olan atletlərdə 76 kq çəki dərəcəsində Rahilə Hüseynova qüvvəsini sınayıb.

Bakı. 7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Trend-in məlumatına görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Oktay Muxtarovun rəhbərliyi altında çıxış edən Azərbaycan yığmasının üzvləri də var. Yaşı 15-ə qədər olan atletlərdə 76 kq çəki dərəcəsində Rahilə Hüseynova qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 75 kq nəticə ilə 4-cü yeri tutub. Rahilə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 97 kq-ın öhdəsindən gələrək bu hərəkətdə Avropa birinciliyinin gümüş mükafatçısı olub.