İranda ağır avtobus qəzası
Dünya 11 Dek 2019 12:34:00 122 0
"İranın Zəncan vilayətində Zəncan-Təbriz magistral yolunda avtobusun yoldan çıxması nəticəsində yol qəzası baş verib".
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Zəncan vilayətinin yol polisinin rəis əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib.
M.Əziminin sözlərinə görə, hadisə nəticəsində sürücü həlak olub, 24 nəfər yaralanıb.
Qəzaya səbəb avtobusun magistraldan çıxaraq yol kənarında torpaq təpəyə çırpılması olub.
Mənbə: milli.az