Stress qoxusu, qoca insan qoxusu qeyriadi qoxu sərgisi FOTO


Digərləri 11 Dek 2019 07:28:00 132 0

Stress qoxusu, qoca insan qoxusu  qeyriadi qoxu sərgisi  FOTO

Yaponiya qeyri-adi sərgiyə ev sahibliyi edib. Sərgidə xarab olmuş balıq qoxusu, stress qoxusu və digər qoxular sərgilənib.

Son.az xəbər verir ki, Yaponiyanın Yokohama şəhərində ziyarətçilərin qoxu zövqünə xitab edən fərqli qoxular nümayiş etdirilib. Bahalı ətirlərin istehsalında istifadə olunan bitkilər, fərqli gül çeşidləri, tünd aromalı qəhvə qoxusu ilə yanaşı dünyanın ən pis qoxuları da sərgidə yer alıb. Sərgiyə gələnlər qurudulmuş balıq, kirli köynək, yaşlı insan qoxusu qoxulamaq imkanına sahib olublar.

Belə ki, sərgidə ən bəyənilən qoxular arasında gül və qəhvə qoxusu yer alarkən, ən pis qoxu xarab olmuş balıq konservası seçilib.