Pompeo və Lavrov Suriyada vəziyyətin nizamlanmasını müzakirə ediblər


Digərləri 10 Dek 2019 23:45:00 125 0

Pompeo və Lavrov Suriyada vəziyyətin nizamlanmasını müzakirə ediblər

ABŞ dövlət katibi Mayk Pompeo və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib

Bakı. ABŞ dövlət katibi Mayk Pompeo və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər. Görüşün yekunları üzrə mətbuat konfransında M.Pompeo deyib: "Suriyada biz 2254 saylı qətnamənin tətbiq edilməsi üzərində işləyirik. Bu BMT-nin qətnaməsidir. Biz hərbi həll yolunun olmadığını hesab edirik və Suriya terrorçu qruplar və İŞİD üçün sığınacağa çevrilməməlidir".