Kişilər də uşaq "doğur!"


Digərləri 10 Dek 2019 21:05:00 161 0

Kişilər də uşaq "doğur!"

Əgər kişi həyat yoldaşının hamiləliyi zamanı həyəcan keçirirsə, həyat yoldaşının keçirdiyi hisləri özündə hiss edirsə bu kuvad sindromu adlanan isterik nevrozdur.

Son.az medicina.az-a istinadən bildirir ki, Kuvard sindromu Fransızca tərcümədə yumurtalıqların canlanması deməkdir. Sindromu həyat yoldaşları hamilə olan cavan kişilərdə psixogen və psixosomatik dəyişikliklərin birgə təzahürüdür. Bu zaman qadının keçirdiyi pataloji hissləri həyat yoldaşı da keçirir. Məsələn hamilə qadının iştahı pozulursa və ya ağrı hiss edirsə, həyat yoldaşı da həmin hissləri keçirir.

Sindromun əsas simptomlarına aiddir:

-Səhərlər ümumi zəiflik

-iştahanın pozulması, artması və ya azalması

-hər gün baş verən ürəkbulanma

-tez-tez yaranan qəbzlik və ya əksinə diareya,

-mədə-bağırsaq sancıları, qarnın aşağı nahiyəsində ağrı

-bel nahiyəsində ağrı