Top kimi atıla bilən dron:


Digərləri 10 Dek 2019 21:10:00 165 0

Top kimi atıla bilən dron:

Qatlana bilən bir dizayna malik SQUID, top kimi havaya atıldıqdan sonra açılır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Kaliforniya Texnologiya İnstitutu və NASA-nın Kaliforniyadakı Reaktiv Laboratoriyasının mühəndisləri tərəfindən yaradılan SQUID adlı dron, ballistik bir mərmi kimi ata biləcəyiniz furbol topu formasındakı dizaynıyla diqqət çəkir.

Dronu top şəklində yuxarı atdığınızda, ən yüksək nöqtəyə çıxdığı anda pərvanələri avtomatik olaraq açılıb uçmağa başlayır.

İzdihamlı bir mühitdə normal bir dron uçurmaq, olduqca təhlükəli ola bilər. Ancaq SQUID, atıldıqdan sonra pərvanələri açıldığından, bu kimi mühitlərdə hər hansı bir təhlükə yaratmadan istifadə edilə bilər.