10 min manatlıq qızılzinət əşyaları oğurlayan qadın saxlanıldı


Digərləri 10 Dek 2019 19:41:00 132 0

10 min manatlıq qızılzinət əşyaları oğurlayan qadın saxlanıldı

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Loktionova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.