Yataqxanada zəhərlənən Dilrubə dərslərə başladı


Digərləri 10 Dek 2019 19:34:00 142 0

Yataqxanada zəhərlənən Dilrubə dərslərə başladı

Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızlardan biri təhsilinə davam etməyə başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həkimlərin yardımı ilə xilas edilən Dilrubə Quliyeva artıq dərslərinə davam edir. Bu barədə ekspert Kamran Əsədov məlumat paylaşıb.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü D.Quliyeva, digər tələbələr Həmidə İbadova və Şəkər Xasmətova ilə birgə zəhərləniblər. Ş.Xasmətova zəhərlənmə nəticəsində vəfat edib.