''Uşağımı itirməyim, kədərlərim mənə hədiyyə oldu''


Digərləri 10 Dek 2019 19:29:00 126 0

''Uşağımı itirməyim, kədərlərim mənə hədiyyə oldu''

Dünyaca məşhur müğənni Beyons ana olmadan əvvəl itirdiyi körpəsi sayəsində həyatda daha dərin məna axtardığını etiraf edib.

Son.az ''ölkə.az''a istinadən xəbər verir ki, müğənni ilk uşağı dünyaya gəlmədən əvvəl itirdiyi körpəsi haqda ''Elle'' jurnalına müsahibə verib. Körpəsini itirməsinin ardından həyatdakı kədərlərin və itkilərin əslində bir hədiyyə olduğunu deyib.

Belə ki, o ''Həyat ehtiyac duyduğumu, bilmədiyim dərsləri mənə öyrədərkən həyatımda daha dərin mənalar axtarmağa başladım. Anladım ki, uşağımın anası olmadan əvvəl özümə analıq etməliyəm. Körpəmi itirdikdən sonra konsertlərə və mükafatlara fikir verməməyə başladım'' sözlərini deyib.