Rusiyanın baş prokuroru bakılıya vəzifə verdi


Dünya 10 Dek 2019 19:04:00 129 0

Rusiyanın baş prokuroru bakılıya vəzifə verdi

Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka Kazan şəhəri ətrafında bölgələrarası ekoloji prokurorluğuna rəhbər təyin edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Y.Çaykanın əmri ilə bu vəzifəyə 42 yaşlı ədliyyə müşaviri Denis Aleksandrov gətirilib.

O, vəzifəsinin icrasına başlamaq üçün Tatarıstan Prezidenti Rüstəm Minnixanova təqdim edilib.

Denis Aleksandrov Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. 1999-cu ildə Çuvaş Dövlət Universitetini bitirib, iki il sonra prokurorluğa daxil olub.