Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb


Digərləri 10 Dek 2019 18:47:00 111 0

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb

Bakı. Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Loktionova saxlanılıb. Faktla bağlı araşdırma aparılır.