Elmira Süleymanovaya yeni vəzifə verildi “Əhvalım da yaxşıdır”


Digərləri 10 Dek 2019 18:31:00 134 0

Elmira Süleymanovaya yeni vəzifə verildi  “Əhvalım da yaxşıdır”

Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili olmuş (sabiq Ombudsman) Elmira Süleymanova Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.

Son.az xəbər verir ki, yeni işi barədə modern.az-a danışan Elmira Süleymanova əslində AMEA-da uzun illərdir ki, çalışdığını deyib:

"AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda  1950-ci ildən çalışıram. Sadəcə olaraq  baş elmi işçi vəzifəsində  yarımştat kimi işləmişəm, indi isə tam ştata keçmişəm".

İlk müvəkkil əhvalının yaxşı olduğunu da qeyd edib:

"AMEA mənə yad yer deyil. İşimi burda davam etdirəcəm Hər şey qaydasındadır. Mənimlə maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm".