Naxçıvanda səhiyyə işçilərinin maaşı 50 faiz artırıldı RƏSMİ


Digərləri 10 Dek 2019 17:32:00 121 0

Naxçıvanda səhiyyə işçilərinin maaşı 50 faiz artırıldı  RƏSMİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sərəncamda bildirilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Ordubad rayonunda icbari tibbi sığorta tətbiq edilsin.

2. Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: