Xətai rayonunda baş verən qəzada bir nəfər öldü


Digərləri 10 Dek 2019 15:38:00 132 0

Xətai rayonunda baş verən qəzada  bir nəfər öldü

Dekabrın 9-da saat 8 radələrində Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Dekabrın 9-da saat 8 radələrində Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məluata görə, Cəbrayıl rayon sakini T.Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Könül Mehdiyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.