Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi nə qədər olacaq?


Digərləri 10 Dek 2019 14:17:00 127 0

Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi nə qədər olacaq?

"Kiçik sahibkarlığa dəstək üçün güzəştli kreditlərin verilməsi mexanizmi üç paketə bölünəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

O bildirib ki, mexanizm kiçik, orta və böyük güzəşt paketlərinə bölünəcək. Kreditin minimal məbləği 1000 manat, maksimal məbləği 50 min manat təşkil edəcək.

Fond direktoru bildirib ki, kredit üzrə maksimal faiz dərəcəsi 7 faizdən çox olmayacaq.