Azərbaycanda gənc sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi gözlənilir


Digərləri 10 Dek 2019 12:42:00 132 0

Azərbaycanda gənc sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi gözlənilir

Azərbaycanda gənc sahibkarlar üçün vergi güzəştləri mexanizminin tətbiqi gözlənilir

Bakı. Eldar Canaşvili - Azərbaycanda gənc sahibkarlar üçün vergi güzəştləri mexanizminin tətbiqi gözlənilir. Trend-in məlumatına görə, bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən Gənc Sahibkarların I Forumunda deyib. O bildirib ki, bu gün Gənclər Fondunun hesabına innovasiya layihələri və startapların maliyyələşdirilməsi üçün banklar vasitəsilə 50 min manatadək güzəştli kreditin verilməsi mexanizmi mövcuddur: “Startapların fəaliyyətinin stimullaşdırılması üçün kredit dəstəyi ilə yanaşı, vergi güzəştləri nəzərdə tutulur. Hesab edirik ki, mexanizm işə düşdükdən sonra bu dəstəkdən istifadə edənlərin sayı artacaq”.