“EuroHome”da baş verən yanğınla bağlı FHN məlumat yayıb


Digərləri 10 Dek 2019 08:59:00 183 0

“EuroHome”da baş verən yanğınla bağlı FHN məlumat yayıb

“EuroHome” ticarət mərkəzində baş verən yanğınla bağlı FHN məlumat yayıb

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.