Facebook VR oyunları üçün Beat Gamesi aldı


Digərləri 10 Dek 2019 08:21:00 102 0

Facebook VR oyunları üçün Beat Gamesi aldı

VR sektorunda daha böyük işlər görməyə çalışan Facebook, bu yaxınlarda elan etdiyi Horizon-u 2020-ci ildə istifadəyə verəcək. VR sahəsində, Facebook-un inkişaf üçün etdiyi son addım, Beat Games-i almaq olub. Bunun Horizon ilə əlaqəsinin olub olmadığını növbəti günlərdə görəcəyik.

Son.az techland.az-a istinadən bildirir ki, Facebook-un AR/VR məzmun müdürü Mayk Verdu, "Facebook-un Beat Games-i almağı sadəcə bir başlanğıcdır" söyləyib. Facebook, dünyanın ən yaxşı VR şirkətlərini və məhsullarını Facebook səhmlərini absurd miqdarda təklif edərək satın alır. Dünyadakı belə bir təklifi rədd edən VR şirkətlərinin sayı, zənnimizcə, çox olmaz.

Facebook 2014-cü ildə Oculus VR şirkətini almışdı. O vaxtdan bəri, hardware və tədqiqat qrupları yaratmaq üçün işlər görüb, indi onlar Oculus Quest və əl izləmə, Oculus Link kimi yeni xüsusiyyətlər istehsal edirlər. Bütün bu səy və pul Google, Microsoft və Apple kimi şirkətlərdən geri qalmamaq üçün xərcləndiyi isə başa düşüləndir. İndi Facebook bu şirkətlər arasında olmaq üçün yeni layihələrindəki çatışmazlıqları düzəltməli və növbəti mərhələdə qalib gəlməlidir.