Çili Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi radarlardan itib


Digərləri 10 Dek 2019 08:21:59 111 0

Çili Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi radarlardan itib

Antarktika bazasına doğru gedən Çilinin "C-130 Hercules" hərbi təyyarəsi ilə əlaqə kəsilib

Bakı. Antarktika bazasına doğru gedən Çilinin "C-130 Hercules" hərbi təyyarəsi ilə əlaqə kəsilib. Trend-in məlumatına görə, bu barədə Çili HHQ öz "Twitter" səhifəsində bildirib. Məlumata əsasən, göyərtəsində 17 ekipaj üzvü və 21 sərnişin olub. Təyyarə bazalardan birinə yanacaq təmin edən bir neft boru kəmərinə xidmət göstərmək üçün personal daşıyıb.