Yeni dizaynla Xiaomi Mi Mix 4


Digərləri 10 Dek 2019 07:21:00 144 0

Yeni dizaynla Xiaomi Mi Mix 4

Məşhur slashleaks sızma saytında nəşr olunan görüntünün Mi Mix 4-ə məxsus olduğu təxmin edildi. Telefonda şəlalə ekran strukturunda ən əhəmiyyətli inkişaf, şübhəsiz ki, ekranın altındakı kamera texnologiyasıdır.

Son.az techland.az-a istinadən bildirir ki, OPPO və Xiaomi-nin ekran altı kamera texnologiyasında aparıcı istehsalçıları olduğu hər kəsə bəllidir. Şirkətlər bu texnologiyanı istifadə edəcəklərini paylaşıblar, amma indiyə qədər dəqiq bir tarix verməkdən imtina ediblər.

Mi Mix 4-ün son görüntüsünü paylaşan saytda, telefonun bəzi funksiyaları barədə məlumat da yazılıb. Göründüyü kimi bir dizayn və texniki xüsusiyyətlərlə həqiqətən bazara daxil olarsa, Mi Mix 4-ün özünə məxsus yer tutacağı qaçınılmazdır. Bəs bu telefonda hansı xüsusiyyətlər olacaq?