88 yaşlı məşhur modelin gənclik FOTOLARI yayıldı


Digərləri 09 Dek 2019 23:36:00 156 0

88 yaşlı məşhur modelin gənclik FOTOLARI yayıldı

Karmen Dell Orefiçe indi çox məşhurdur və model biznesinin ən çox tələb olunan simalarından biridir. 88 yaşlı modelin zəirfliyinə heyran olmamaq mümkün deyil

Son.az xəbər verir ki, bir çox lüks markaların siması olan model 14 yaşından bəri model olaraq çalışır. "Vogue" jurnalının çəkilişində ilk dəfə o, iştirak edib. Bundan sonra modelin inanılmaz gözəlliyi bir çox fotoqrafı həyəcanlandırır.

Yoxsul bir ailədə dünyaya göz açan Karmenin anası balerina, atası skripkaçı idi. Tezliklə onun valideynləri boşanır, qız isə anasının yanında qalır. Anası qızının da onun izi ilə gedərək balerina olmasını istəyirdi. Hətta onu balet məktəbinə yazdırmışdı.

Karmenin anasının sərt və tələbkar olduğunu söyləmək yerinə düşər və o, həmişə qızının xarici görünüşü haqqında sərt iradlar bildirərdi. Karmen çirkin bir ördək övladı olduğuna inanmışdı, çünki həmyaşıdları arasında hündür boyu ilə seçilirdi. Oğlanlar onunla görüşmək istəmirdilər.

Ananın tək uşağı böyütməsi asan deyildi, buna görə Karmen bəzən aylarla internat məktəbində qalırdı. Qız balerina karyerası qurmaq xəyalları ilə yaşayırdı, amma revmatizm bu xəyallara son qoymuşdu. Beləliklə, 14 yaşında Karmen modellik karyerasına başladı. Artıq 1947-ci ildə onun fotoları "Vogue" jurnalının üz qabığını bəzəyirdi. Yeri gəlmişkən, Karmen jurnalın üz qabığındakı bu fotonu bəyənməmişdi. O fotosunun hər yerə yayıldığı günü belə xatırlayır:

"Ogün avtobusdan düşdüm və qəzet köşkü yaxınlığında bir yığın jurnal gördüm. Foto xoşuma gəlmədiyi üçün ağladım. Ona nifrət edirdim. Saçımı elə yığmışdılar ki, oğlana bənzəyirdim".

Karmen model kimi çalışsa da, zəngin və dəbdəbəli həyat yaşamayıb. Bəzən hətta yemək almağa pulu olmurdu. Model qənaət etmək məcburiyyətində qalır - məsələn, işə roliklərdə gedir, xüsusi sifarişlər geyimlər tikirdi.