Febril qıcolmalar uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda yaranır


Digərləri 09 Dek 2019 23:04:00 158 0

Febril qıcolmalar uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda yaranır

Qıcolmalar uşaq yaşlarının kifayət qədər yayılmış patologiyasıdır. Təqribən sağlam uşaqların 10 faizində qeyri-spesifik fon aktivliyinin dəyişikliyi, 2-3 faizdə epileptiform tipli kəskin dalğalar elektroensefaloqrammada (EEQ) aşkar olunur. Kəskin, yəni, qeyri-peridoik və xroniki, həmçinin periodik qıcolma tutmaları ayırd edilir. Kəskin qıcolma tutmalarının ən çox yayılmış səbəblərinə iltihabi proseslər - meningit, ensefalit, baş-beynin absesləri, infeksion xəstəliklər (qızdırma ilə müşayiət olunanlar), travmalar, baş-beynin həcmli prosesləri, elektrotravma və termik zədələnmələr, metabolik pozulmalar, o cümlədən hipoqlikemiya, hiperqlikemiya, hipokalsemia, hipomaqnemiya və s. aid edilir.

Son.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova bildirib.

Febril qıcolmaların uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda, yəni, bədən temperaturu 38,5° C-dən yüksək olanda yarandığını deyən pediatr bildirib: "Beş yaşdan yuxarı uşaqlarda febril qıcolmalara nadir rast gəlinir. Adətən temperaturun qalxması və onun pik həddində baş verir. Generalizə olunmuş tonik-klonik, tonik, atonik və ya klonik qıcolmalar ayırd edilir.

Fəsadlaşmamış tutmalar sutka ərzində 1 dəfə, 15 dəqiqədən qısa davam edən parsial komponent olmadıqda mərkəzi sinir sisteminin infeksion zədələnməsi və metabolik pozulmalar olmadığı təqdirdə ailə anamnezində epilepsiyanın olmaması hallarında baş verir.