Parisdə “Norman Dördlüyü” liderlərinin görüşü başa çatıb


Dünya 09 Dek 2019 23:07:55 166 0

Parisdə “Norman Dördlüyü” liderlərinin görüşü başa çatıb

Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatıb

Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatıb.

“Report” xəbər verir ki, görüş təxminən iki saat 20 dəqiqə davam edib.

Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski iştirak edib.

Qeyd olunub ki, ölkə rəhbərlərininbirgə mətbuat konfransı planlaşdırılıb.

Lakin, bundan əvvəl Rusiya prezidenti Vladmir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında ayrıca ikitərəfli görüş keçiriləcək.