Zelenski Administrasiyasının rəhbərinə qarşı cinayət işi açıldı


Dünya 09 Dek 2019 20:44:00 129 0

Zelenski Administrasiyasının rəhbərinə qarşı cinayət işi açıldı

Ukrayna Milli Polisi Kiyev meri Vitali Kliçkonun tələbi ilə Pezident Administrasiyasının rəhbəri Andrey Boqdan barəsində cinayət işi başladıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis Ukrayna Cinayət Məcəlləsinin 356-cı ("Özbaşınalıq") maddəsi ilə istintaq başladıb.

Müraciət Kliçko tərəfindən noyabrın əvvəlində təqdim edilib və Kiyev Şəhər Dövlət Administrasiyasının sədrinin vəzifədən azad edilməsi prosesində Prezident Aparatı rəhbərinin mümkün özbaşınalığına aiddir. Boqdanın özü hələ cinayət işinin açılmasına reaksiya verməyib.