Ərdoğan: "Suriyanın şimalında məcburi köçkünlər üçün yaşayış məntəqələrinin inşasına başlamışıq"


Dünya 09 Dek 2019 20:19:08 123 0

Ərdoğan: "Suriyanın şimalında məcburi köçkünlər üçün yaşayış məntəqələrinin inşasına başlamışıq"

Suriyanın şimalında - təhlükəsizliyin təmin olunduğu bölgələrdə Türkiyədən 370 minədək məcburi köçkün könüllü şəkildə qayıdaraq yerləşib.

Suriyanın şimalında -təhlükəsizliyin təmin olunduğu bölgələrdə Türkiyədən 370 minədək məcburi köçkün könüllü şəkildə qayıdaraq yerləşib.

“Report” AA-ya istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sosial işlər nazirlərinin İstanbulda keçiriləngörüşünün açılışındakı nitqində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, hazırdaTel Abyad və Rasulaynarasındakı bölgədə ilkin mərhələdə yüz minlərlə sakini, sərhəd boyu zolaqdakı digər yerlərlə birlikdə 1 milyon insanı məskunlaşdıra biləcəkləriyaşayış sahələrinin inşası ilə bağlı çalışmalara başladıqlarını qeyd edib: "Hazırda Türkiyədə aralarında 3,65 milyon suriyalı və 350 min kürd olmaqla bütovlükdə 5,5 milyon məcburi köçkün məskunlaşıb.Bu baxımdan Türkiyə dünyada birinci yerdədir.Məcburi köçkünlərə 40 milyard dollardan artıq vəsait sərf etmişik. Bununmüqabilində Avropa İttifaqından cəmi 3 milyard dollar məbləğində yardım alınıb".