Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO)


Digərləri 09 Dek 2019 19:02:00 175 0

Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO)

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Biznes Keys 2019 Müsabiqəsinin final mərhələsi keçirilib.

Bakı. Dekabrın 8-i Hilton otelində ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Biznes Keys 2019 Müsabiqəsinin final mərhələsi keçirilib. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu il müsabiqə SOCAR-AQŞ, Azercell, BP, AzSığorta, Deloitte, EY və KPMG şirkətlərinin sponsorluğu, ABŞ Səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirildi. Azərbaycan Biznes Keys Yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsin üzrə təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Biznes Məktəbinin keysləri təqdim edilir. Bütün komandalar 6 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçiblər. Bununla yanaşı komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak ediblər. Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim ediblər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edir. Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunur və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanır. Qalib komandalar ümumilikdə 10.000 AZN mükafat əldə ediblər. (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN). Bu il müsabiqədə iştiraka 7 universitetdən; ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Moskva Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil edən 26 komanda qoşulsa da, onlardan yalnız 4 komanda final mərhələsinə çıxa bilib və qaliblər aşağıdakı kimi müəyyən olunub: