Bərdədə "Mercedes" və “VAZ” toqquşub - Ölən var


Digərləri 09 Dek 2019 18:39:29 279 0

Bərdədə "Mercedes" və “VAZ” toqquşub - Ölən var

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində "Mercedes" və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Bakı. Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində "Mercedes" və “VAZ-21015” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 7-də saat 17 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində şəhər sakini İ.Dünyamalıyevin idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Müşfiq Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə M.Abdullayev hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.