Parisdə “Normand dördlüyü” liderlərinin 3 ildən sonra görüşü keçiriləcək


Dünya 09 Dek 2019 16:29:00 130 0

Parisdə “Normand dördlüyü” liderlərinin 3 ildən sonra görüşü keçiriləcək

Bu gün uzun fasilədən sonra "Normand dördlüyü" (Almaniya, Rusiya, Ukrayna, Fransa) liderlərinin növbəti sammiti baş tutacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, sammit Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Qeyd edək ki, "Normand dördlüyü" formatı Donbas münaqişəsindən sonra yaradılıb. "Normand dördlüyü" liderlərinin sonuncu sammiti 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub, görüş nəticəsiz qalıb.