Politoloq: Azərbaycan ilə Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)


Digərləri 09 Dek 2019 16:08:03 107 0

Politoloq: Azərbaycan ilə Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)

Azərbaycan ilə Rusiya arasında demək olar ki, bütün sahələr üzrə əməkdaşlıq mövcuddur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan ilə Rusiya arasında demək olar ki, bütün sahələr üzrə əməkdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihə çərçivəsində Trend-ə müsahibə verən politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, hər iki ökənin dövlət rəhbərləri hətta ali səviyyədə görüşlər zamanı həmişə yeni əməkdaşlıq istiqamətlərinin tapılması üçün potensialın kifayət qədər olması və bu potensialdan istifadə etməyin vacibliyini nəzərə çatdırırlar: “Rusiyanın Cənubi Qafqaz regionunda geosiyası və hərbi siyasi xarakterli maraqları kontekstində Azərbaycanla yaxından əməkdaşlıq etməsi bir daha ona dəlalət edir ki, Rusiya Azərbaycana etibarlı tərəfdaş kimi baxır. Rusiya Azərbaycanın potensialını obyektiv qiymətləndirir. Hesab edir ki, bütövlükdə Cənubi Qafqaz regionunda geosiyasi, geoiqtisadi vəziyyət Azərbaycanın təşəbbüslərindən və iştirakçılığından birbaşa asılıdır". E.Mirbəşiroğlu qeyd edib ki, Rusiya beynəlxalq tribunalarda Azərbaycanın mövqeyini dəstəkləyir. Rusiya kimi dövlətin belə bir dəstəyinin olması münaqişə vəziyyətində olan Azərbaycanın ədalətli mövqeyinin daha da güclənməsinə dəlalət edə bilər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin