Maksim Oreşkin: Azərbaycan-Rusiya münasibətləri möhkəm strateji əsasa malikdir


Digərləri 09 Dek 2019 15:49:00 104 0

Maksim Oreşkin: Azərbaycan-Rusiya münasibətləri möhkəm strateji əsasa malikdir

Azərbaycan-Rusiya münasibətləri möhkəm iqtisadi və siyasi əsasa malikdir

Bakı. Eldar Canaşvili - Azərbaycan-Rusiya münasibətləri möhkəm iqtisadi və siyasi əsasa malikdir və bu, ölkələr arasında strateji tərəfdaşlığın təsdiqidir. Trend-in məlumatına görə, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında deyib. Nazir Prezident İlham Əliyevin sentyabr ayında Rusiyaya uğurlu səfərini və bu səfər çərçivəsində beş yol xəritəsi üzrə ciddi işlərin görüldüyünü qeyd edib: “Xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfərinin yekunlarını qeyd etmək istəyirəm. Bu səfər çərçivəsində rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində altıncı yol xəritəsinin hazırlanması barədə razılıq əldə olundu və artıq ilk nəticələr var”.