Rusiya bütün idman yarışlarından kənarlaşdırıldı


Digərləri 09 Dek 2019 15:56:00 150 0

Rusiya bütün idman yarışlarından kənarlaşdırıldı

Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı dörd il müddətinə bütün idman yarışlarından kənarlaşdırıb

Bakı. Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı dörd il müddətinə bütün idman yarışlarından kənarlaşdırıb. Trend-in məlumatına görə, bu qadağa Olimpiya oyunları və dünya çempionatlarına da şamil edilir. Bu müddət ərzində rusiyalı idmançılar və komandalar dünya miqyaslı yarışlarda, o cümlədən 2020-ci il Yay Olimpiya oyunlarında və 2022-ci il futbol üzrə dünya çempionatında iştirak edə bilməyəcək.