Kosmik hava proqnozu açıqlanıb:


Digərləri 09 Dek 2019 12:59:00 129 0

Kosmik hava proqnozu açıqlanıb:

Kosmik hava durumu və proqnozu açıqlanıb.

Son.az xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub.

Günəş diski ləkəsizdir. Peyk görüntülərində Yerə doğru yönələn digər CME (Tac kütlə atılması) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalb.

Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 3-4 nT intervalında dəyişib, Bz komponenti üçün isə -2 nT qədər şimala doğru kənaraçıxma müşahidə olunub. Günəş küləyinin sürəti 350 km/san-dək olub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olub.